“Airbus” BƏƏ-yə 10 təyyarənin çatdırılmasını gecikdirir

“Airbus” BƏƏ-yə 10 təyyarənin çatdırılmasını gecikdirir
  30 İyun 2024    Oxunub:1239
“Airbus” şirkəti Birləşmiş Ərəb Əmirliklərinin “Emirates Hava Yolları”na 10 ədəd A350 təyyarəsinin çatdırılmasını gecikdirir.
AzVision.az xəbər verir ki, bu barədə əmirliyin “The National” nəşri yazıb. Qeyd olunub ki, təyyarələrin tədarükünün gecikməsi “Emirates”i uçuş cədvəlini dəyişməyə məcbur edib. Belə ki, Bəhreyn, Edinburq, Küveyt, Maskat, Mumbay, Əhmədabad, Lion və Boloniyaya uçuşlar dəyişdirilib.

Gələcəkdə aviaşirkət “A350”dən ABŞ və Latın Amerikası daxil olmaqla uzun məsafəli uçuşlar üçün istifadə etməyi planlaşdırır. “A350” təyyarəsi göyərtəsində 300-350 sərnişin daşıya bilir. 2025-ci ilin martına qədər “Emirates” 10 belə təyyarə almaq niyyətindədir.

AzVision.az


Teqlər:





Xəbər lenti