Belarus ATƏT PA-nın sessiyasına buraxılmadı

Belarus ATƏT PA-nın sessiyasına buraxılmadı
  29 İyun 2024    Oxunub:870
Belarus nümayəndə heyəti ATƏT PA-nın Buxarestdəki 31-ci sessiyasına buraxılmayıb.
AzVision.az xəbər verir ki, bu barədə Belarus parlamenti məlumat yayıb.

Bildirilib ki, rəsmi Buxarest ölkənin qanunverici orqanını təmsil edən deputatlara viza verməkdən imtina edib. Bu addımın ATƏT-in baza prinsiplərinə zidd olduğu qeyd olunub:

“Belarus ATƏT PA-nın iclasında aktiv iştirak edir. 2017-ci ildə ölkəmiz qurumun 26-cı sessiyasına uğurla ev sahibliyi edib. ATƏT-in Parlament Assambleyası xüsusilə də hazırkı gərgin siyasi vəziyyətdə önəmli hesab olunan açıq və inklüziv dialoq meydançasıdır. Belarus nümayəndə heyətinin bu toplantının işinə buraxılmaması açıq diskriminasiyanın bariz nümunəsidir. Bu xüsusda Belarus nümayəndə heyəti sessiyanın gedişində ölkəmizə qarşı qəbul ediləcək istənilən qərarı tanımır”.

Qeyd edək ki, ATƏT PA-nın növbəti sessiyası iyunun 29-dan iyulun 3-dək Rumıniyada keçiriləcək.

AzVision.az



Teqlər:





Xəbər lenti