Bakıda fermadan “Makarov” oğurlanıb

Bakıda fermadan “Makarov” oğurlanıb
  29 İyun 2024    Oxunub:584
Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində müxtəlif vaxtlarda paytaxtın Sabunçu, Yasamal və Qaradağ rayonlarında oğurluqlar etdiyi üçün axtarışda olan əvvəllər məhkum olunmuş Nəriman Vəliyev saxlanılıb.
AzVision.az xəbər verir ki, onun üzərindən “Makarov” tapançası, patron darağı və 15 ədəd patron aşkarlanıb. Dindirmə zamanı N.Vəliyev qanunsuz olaraq üzərində daşıdığı odlu silah-sursatı Qaradağ rayonu Ələt qəsəbəsində yerləşən fermadan oğurladığını bildirib.

Davam etdirilən tədbirlərlə həmin fermanın sahibi Azər Hacıyev də saxlanılıb. Ondan əlavə olaraq müvafiq sənədləri olmayan ov tüfəngi və 30 ədəd patron aşkar edilib. A.Hacıyev odlu silah-sursatı bir müddət əvvəl tapdığını, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib.

Faktla bağlı Suraxanı RPİ-nin 32-ci Polis Bölməsində araşdırmalar davam etdirilir.

AzVision.az



Teqlər:





Xəbər lenti