Bəzi dağlıq və dağətəyi rayonlarda leysan yağıb
![Bəzi dağlıq və dağətəyi rayonlarda leysan yağıb
Bəzi dağlıq və dağətəyi rayonlarda leysan yağıb](https://azvision.az/photos/2024/06/590230e4-e7a4-3b8b-9b5d-78a8f0df6bcb_850-1719640713.jpg)
Düşən yağıntının miqdarı Zaqatalada 27 mm, Balakəndə 17 mm, Oğuzda 11 mm, Astarada 8 mm, Qusar, Qəbələ, Quba, Xaltan, Ağsu, İsmayıllı, Şahdağda 6 mm-dək olub. Verilmiş sarı xəbərdarlığa uyğun olaraq şimal-şərq küləyi arabir Culfada 22 m/s-dək güclənib.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 31, Naxçıvan MR-da 35, Aran rayonlarında 31, dağlıq rayonlarda 20 dərəcəyədək isti olub.
AzVision.az
Teqlər: