Yevlax rayon sakinindən silah-sursat götürülüb

Yevlax rayon sakinindən silah-sursat götürülüb
  29 İyun 2024    Oxunub:605
Yevlaxda qanunsuz olaraq silah-sursat əldə edən şəxslərin saxlanılması istiqamətində növbəti tədbir keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AzVision.az -a verilən məlumata görə, Yevlax rayon sakini Məlik Abdullayev rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı saxlanılıb.

Ondan "AKM" modelli avtomat, 29 ədəd patron və patron darağı aşkarlanıb. O, bir müddət əvvəl silahı tapdığını və polisə təhvil verməyərək gizlətmək məqsədilə özündə saxladığını bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

AzVision.az



Teqlər:





Xəbər lenti