"Onların nəslini cəzalandıracağıq" - Kadırov qisasdan danışdı

   "Onların nəslini cəzalandıracağıq" -    Kadırov qisasdan danışdı
  27 İyun 2024    Oxunub:852
Çeçenistan rəhbəri Ramzan Kadırov Dağıstana hücum edən terrorçuların ailələrini qisasla hədələyib.
Bununla bağlı video Kadırovun Telegram kanalında yayımlanıb. Hüquq-mühafizə orqanlarının rəhbərləri ilə görüşdə Kadırov terrorçuları “Avropada məskunlaşmış şeytanlar” adlandırıb.

“Əgər terrorla bağlı ən kiçik bir şübhə varsa, nəsli cəzalandırılmalıdır. Bu ailə bilməlidir ki, bütün məsuliyyət onların üzərinə düşür. Siz həyata qəsd edə bilməzsiniz, bu halda qan qisası olacağını başa düşməlisiniz. “Bilmirdim” cavabları qəbul edilmir”, - deyə siyasətçi bildirib.

O əlavə edib ki, əgər ailə başçısı övladının öhdəsindən gələ bilmirsə, o zaman bu barədə səlahiyyətli orqanlara məlumat verməlidir. Həmin halda ailəsi məsuliyyət daşımayacaq.



Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti