Rusiya pasport verdiyi 10 mindən çox miqrantı Ukraynaya göndərib

Rusiya pasport verdiyi    10 mindən çox    miqrantı Ukraynaya göndərib
  27 İyun 2024    Oxunub:676
Rusiya vətəndaşlığını almış 10 mindən çox miqrant Ukraynaya, cəbhə zonasına göndərilib.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin məlumat yayıb.

Sankt-Peterburqda keçirilən “Müasir Rusiyada miqrasiya siyasətinin hüquqi aspektləri” adlı sessiyada çıxış edən Bastrıkin deyib ki, “30 mindən çox vətəndaşlıq qəbul edən şəxs qeydiyyata salınıb və artıq onların 10 minə yaxını xüsusi əməliyyat zonasınagöndərilib”.

Bundan əlavə, Bastrıkin 2024-cü ilin dörd ayı ərzində Rusiyaya gələn miqrantların ümumi sayına da toxunulub. Onun sözlərinə görə, bu müddət ərzində təkcə Moskvaya 1,2 milyon, Sankt-Peterburqa isə 860 min miqrant gəlib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya  





Xəbər lenti