“Culfa” tankerinin təmiri başa çatıb
Həmçinin avar vallarının, pərlərin, baş göyərtədə buxar borusu, köməkçi qazanların klapanları, baş və köməkçi mühərriklərdə yağ və hava soyuducuları, sükan və köməkçi qurğuları, kinqston qutuları, lövbər zəncirləri, nasosları təmir olunub. Bundan başqa, gəmidə lazımi gövdə-qaynaq işləri aparılıb, onun idarəetmə sistemləri sazlanıb.
Təmirdən sonra gəmi yenidən istismara qaytarılıb. Qeyd edək ki, “Culfa” tankeri indiyədək “Şuşa” adı ilə istismar edilirdi. Dəyişiklik Xəzərdənkənar sularda eyniadlı gəminin (“Aframax” tipli “Şuşa” tankeri) istifadəyə verilməsi nəzərə alınaraq həyata keçirilib.
AzVision.az
Teqlər: