"Şübhəli şəxsi tərkisilah edən rütbəli polis əməkdaşı idi" - DİN

   "Şübhəli şəxsi tərkisilah edən rütbəli polis əməkdaşı idi" -    DİN
  27 İyun 2024    Oxunub:1090
Ötən gün paytaxtın Nərimanov rayonunda törədilmiş qətldən sonra cinayətdə şübhəli bilinən 21 yaşlı İsmayıl Allahverdiyevin tutulma görüntüləri yayılıb.
AzVision.az xəbər verir ki, kadrlarda 2 mülki geyimli şəxsin İ.Allahverdiyevi saxlaması görünür.

DİN-in Mətbuat xidmətindən bildirilib ki, şübhəli şəxsi tərksilah edən mülki rütbəli polis əməkdaşıdır.

"İyunun 26-da paytaxtın Nərimanov rayonunda qətl hadisəsi törədərək hadisə yerindən qaçan şəxsin sosial şəbəkələrdə mülki şəxslər tərəfindən saxlanılması iddia olunan görüntülər yayılıb. Şübhəli şəxsi tərkisilah edən mülki geyimdə olan rütbəli polis əməkdaşıdır".

Xatırladaq ki, 24 yaşlı Tural Kosayev “Metropark” ticarət mərkəzinin qarşısında güllələnərək qətlə yetirilib.

AzVision.az


Teqlər:





Xəbər lenti