İranda sükut günüdür

İranda sükut günüdür
  27 İyun 2024    Oxunub:618
İranda keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı namizədlərin təbliğat-təşviqat kampaniyası başa çatıb.
Qanununa əsasən, seçkilərə 24 saat qalmış sükut günü hesab olunur. Sabah İranda prezident seçkiləri yerli vaxtla 08:00-da başlanacaq. Prezident seçkilərində beş namizəd rəqabət aparacaq.

Xatırladaq ki, İbrahim Rəisinin olduğu helikopterin qəzaya uğraması nəticəsində azı 8 nəfər həyatını itirib. Helikopterin göyərtəsində onunla yanaşı, xarici işlər naziri Hüseyin Əmir Abdullahiyan, Şərqi Azərbaycan əyalətinin qubernatoru Malik Rahmati və Təbriz şəhərinin cümə imamı Məhəmməd Ali əl-Haşim və İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Mehdi Musəvi də olub.

AzVision.az


Teqlər:





Xəbər lenti