ABŞ-nin oktyabrdan bəri İsrailə yardımının həcmi açıqlanıb

   ABŞ-nin oktyabrdan bəri İsrailə yardımının həcmi açıqlanıb
  27 İyun 2024    Oxunub:654
Qəzza zolağında müharibə başlayandan bəri ABŞ İsrailə 6,5 milyard dollar məbləğində hərbi yardım ayırıb.
AzVision.az xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti Bayden administrasiyasının adı açıqlanmayan yüksəkvəzifəli rəsmisinə istinadən bildirib.

Məlumata görə, sözügedən yardımın yarısı təkcə keçən ay göndərilib.

Ağ Ev rəsmisinin sözlərinə görə, yardım həcmi üzrə göstərilən rəqəmlər Vaşinqtonda ABŞ nümayəndələri ilə İsrailin müdafiə naziri Yoav Qallant arasında aparılan müzakirələrdə də öz əksini tapıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: ABŞ   İsrail   hərbi-yardım  





Xəbər lenti