“Məğlubiyyətin açarı Ermənistan rəhbərlərindədir” - Erməni jurnalist

   “Məğlubiyyətin açarı Ermənistan rəhbərlərindədir”    - Erməni jurnalist
  27 İyun 2024    Oxunub:765
Ermənistanın tanınmış jurnalistlərindən olan Tatul Akopyan işğalçılıq ideyaları və ümumilikdə erməni cəmiyyətinin xəstə təxəyyülü barədə maraqlı məqalə dərc edib.
AzVision.az xəbər verir ki, o, "Mamul" saytında 2020-ci ilin kapitulyasiyasında Rusiya, Türkiyə və digər dövlətlərin rolu olduğunu, ancaq əsas məsuliyyəti Ermənistanla Xankəndidə oturanlar daşıyır yazıb.

Erməni jurnalist: "Bizi həmişə başqa dövlətlər idarə edib"
"Qarabağ məsələsində ağıl, mötədillik və kompromis erməni maksimalizmi, özünütəsdiq avantürizmi, məsuliyyətsiz vətənpərvərlik və anormal qeyri-mifizmi qarşısında uduzdu", - jurnalist gileylənib.

O qeyd edib ki, ermənilər millət olaraq məğlubiyyətdən sonra əsl Ermənistana qayıdıblar: "Bu məğlubiyyət əslində 1998-ci ilin hərbi çevrilişi ilə başladı. Hakimiyyətə can atan cinayətkarlar- Koçaryan, Vazgen, Serjik özlərinin klan, uşaq ideyalarını irəli sürərək danışıqlar prosesində dönüş yaratdılar. Əgər Ter-Petrosyan Qarabağ məsələsinin həllini nizamlanma üzərində qururdusa, 98-ci ildə hakimiyyəti ələ keçirən kriminal qrup, Paşinyan və onun komandası danışıqları problemin həll olunmaması fəlsəfəsi üzərində qurdular. Bununla bağlı tezislər isə belə idi- "Qarabağ problemi qalmayıb", "Qarabağ məsələsi çoxdan həll olunub", "Yeni müharibə, yeni ərazilər", "Qarabağ Ermənistandır və nöqtə". Bütün bu çağırışlar, bəyanatlar isə sadəcə düşüncəsizliyi göstərir”.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Qarabağ   Ermənistan  





Xəbər lenti