İrəvandan tibb işçilərinə qəribə qadağalar

İrəvandan tibb işçilərinə qəribə qadağalar
  27 İyun 2024    Oxunub:1067
Ermənistanda tibb işçilərinə bir sıra qadağalar tətbiq olunub.
AzVision.az xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət və Profilaktika Milli Mərkəzinin epidemiologiya şöbəsinin həkimi Şoqik Avetisyan məlumat verib.

O qeyd edib ki, tibb işçilərinə dırnaqları boyalı və ya əllərində zinət əşyaları ilə işləmək olmaz. Avetisyan, xəstəxana daxilində infeksiya yayılmasının qarşısını alınması üçün belə bir qərar verildiyini deyib: "40-80% hallarda infeksiyalar məhz tibb işçilərinin əlləri ilə ötürülür".

İyunun 1-dən Ermənistan Səhiyyə Nazirliyinin əl gigiyenası ilə bağlı yeni qaydaları qüvvəyə minib. Bu qaydalara əsasən, həkimlərə dırnaqlarını boyamaq, uzun dırnaq taxmaq, saat və ya üzükdən istifadə qadağa edilir. Əvvəlcə bu tələb yalnız stomatoloji klinikalara (2011-ci ildən-red.) şamil edilirdisə, bundan sonra bütün tibb müəssisələrini əhatə edəcək.
Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan   İnfeksiya  





Xəbər lenti