Dağıstanda üç günlük matəm elan edilib

   Dağıstanda üç günlük matəm elan edilib
  24 İyun 2024    Oxunub:520
Dağıstanda iyunun 24, 25 və 26-da matəm elan edilib.
AzVision.az xəbər verir ki, bu barədə vilayət rəhbəri Sergey Məlikovun mətbuat xidmətinin teleqram kanalında məlumat verilib.

Qeyd olunub ki, matəm günlərində respublikanın bütün ərazisində dövlət bayraqları endirilib.

Bundan əlavə, Dağıstanda yerləşən mədəniyyət müəssisələri və televiziyalar əyləncə tədbirlərini ləğv edəcəklər.

Xatırladaq ki, Dərbənd və Mahaçqalada iki pravoslav kilsəsi, sinaqoq və yol polisi postuna hücum nəticəsində Rus Pravoslav Kilsəsinin keşişi və polis əməkdaşları daxil olmaqla 9 nəfər həlak olub, 25 nəfər yaralanıb.

Həmidə İbrahimova

AzVision.az



Teqlər: Dağıstan   Matəm   Terror  





Xəbər lenti