Ermənistan səfiri İsrail XİN-ə çağırılıb

Ermənistan səfiri İsrail XİN-ə çağırılıb
  21 İyun 2024    Oxunub:981
Ermənistanın İsraildəki səfiri bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
AzVision.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

Ermənistan Fələstini rəsmən tanıyıb
Qeyd edilri ki, buna səbəb İrəvanın Fələstin dövlətini tanımaqla bağlı qərarı olub.

Məlumata görə, İsrail XİN Ermənistan səfirinə “şiddətli töhmət” verib. Xatırladaq ki, bu gün Ermənistan Xarici İşlər Nazirliyi Fələstinin müstəqilliyini tanıyan bəyanat yayıb. Qeyd edək ki, Ermənistanın İsraildəki səfiri postunu Arman Akopyan tutur.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   XİN   İsrail  





Xəbər lenti