Strateji valyuta ehtiyatları 70 milyard dollara çatıb

   Strateji valyuta ehtiyatları 70 milyard dollara çatıb
  21 İyun 2024    Oxunub:944
Bu ilin yanvar-may aylarında Azərbaycanın strateji valyuta ehtiyatları 1,3 milyard ABŞ dolları və yaxud 1,8 % artaraq 69,7 milyard ABŞ dollarına çatıb.
AzVision.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Məlumata görə, profisitli tədiyə balansı valyuta bazarında tarazlığın qorunmasında həlledici rol oynayır. 2024-cü ilin I rübündə tədiyə balansının cari əməliyyatlar hesabındakı profisitin ümumi daxili məhsula (ÜDM) nisbəti 10,1 % təşkil edib.

AzVision.az


Teqlər:





Xəbər lenti