Ötən gün 70 silah təhvil götürülüb

Ötən gün 70 silah təhvil götürülüb
  21 İyun 2024    Oxunub:613
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az -a verilən məlumata görə, iyunun 20-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 18 avtomat silahı, 1 tapança, 47 tüfəng, 33 qumbara, 31 alışdırıcı, 4 patron darağı və 444 müxtəlif çaplı patron təhvil götürüblər.

Həmin gün polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 2 avtomat silahı, 2 tapança, 3 patron darağı və 15 patron aşkarlanaraq götürülüb. Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi sahəsində tədbirlər davam edir.

AzVision.az


Teqlər:





Xəbər lenti