Moskvada 50-yə yaxın reys təxirə salındı

   Moskvada 50-yə yaxın reys təxirə salındı
  20 İyun 2024    Oxunub:1026
Rusiyanın paytaxtı Moskvada əlverişsiz hava şəraiti ilə əlaqədar 50-yə yaxın reys gecikib və təxirə salınıb
AzVision.az Rusiya mediasına istinadən xəbər verir ki, bəzi təyyarələr alternativ hava limanlarına gedib.

Məsələn, Maqadandan Moskvaya uçan təyyarə Şeremetyevo hava limanına enə bilməyib və Nijni Novqorodda eniş edib.

Qeyd edək ki, Rusiya paytaxtında güclü qasırğa hökm sürməkdədir.

AzVision.az



Teqlər:





Xəbər lenti