Son 5 ayda pensiyaya yönəldilən vəsait açıqlanıb

Son 5 ayda pensiyaya yönəldilən vəsait açıqlanıb
  18 İyun 2024    Oxunub:616
Cari ilin yanvar-may aylarında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 14 faiz (328 mln. manat) çox olmaqla 2 mlrd. 693 mln. manat vəsait yönəldilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AzVision.az -a verilən xəbərə görə, pensiya artımı istiqamətində növbəti addım kimi 2024-cü il yanvarın 1-dən bütün pensiyalar ötən il üzrə orta aylıq əməkhaqqının illik artım tempinə uyğun olaraq 11,2 faiz indeksləşdirilməklə artırılıb.

Son 5 ayda 18,4 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən 121 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada aparılıb.

AzVision.az



Teqlər:





Xəbər lenti