Avro-2024: Türkiyə mübarizəyə başlayır

      Avro-2024:    Türkiyə mübarizəyə başlayır
  18 İyun 2024    Oxunub:1077
Futbol üzrə Avropa çempionatında növbəti oyunlar keçiriləcək.
"F" qrupunda yer alan Türkiyə komandası Gürcüstanla qarşılaşacaq. Görüş Bakı vaxtı ilə 20:00-da start götürəcək.

Günün ikinci qarşılaşmasında isə Portuqaliya ilə Çexiya yığmaları üz-üzə gələcək. Matç 23:00-da başlayacaq. Bununla da AÇ-də qrup mərhələsinin ilk turuna yekun vurulacaq. Qeyd edək ki, Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti