İsrail "Hizbullah"a məxsus raketi zərərsizləşdirib

   İsrail "Hizbullah"a məxsus raketi zərərsizləşdirib
  17 İyun 2024    Oxunub:944
İsrail Silahlı Qüvvələri Livan ərazisindən İsrailin şimalına doğru atılan "şübhəli hava obyektini" ələ keçirib.
AzVision.az xəbər verir ki, bu barədə İsrail Ordusunun mətbuat xidməti "X"də məlumat yayıb.

Məlumata görə, raket hər hansı dağıntı və ya itki törətmədən Əkka şəhəri yaxınlığında, dəniz sahilində zərərsizləşdirilib.

Yeri gəlmişkən, son həftələrdə Livanda fəaliyyət göstərən "Hizbullah" terror təşkilatı və İsrail arasında sərhədboyu toqquşmalar daha da şiddətlənib. Bu, Yaxın Şərqdə yeni müharibə cəbhəsinin açılması riskini artırır. İsrailin Baş naziri Benyamin Netanyahu məhz bu yaxınlarda "Hizbullah"a qarşı böyük əməliyyat başlandığını dilə gətirmişdi.

"Fələstin İslam Cihadı" terror təşkilatının Suriya qanadının milli əlaqələr üzrə rəsmisi İsmayıl əl-Səndəvi isə:
Münaqişə qızışır: Suriyadan "Hizbullah"a dəstək göndərilə bilər

"İsrail "Hizbullah"a qarşı genişmiqyaslı müharibəyə başlayarsa, Livana əlavə qüvvə göndərməyə hazırıq", - söyləmişdi.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İsrail   Livan   Hizbullah   toqquşma  





Xəbər lenti