Çətənə becərənlər və narkokuryerlər saxlanılıb

Çətənə becərənlər və narkokuryerlər saxlanılıb
  17 İyun 2024    Oxunub:1013
Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib.
AzVision.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, həyata keçirilən tədbirlərlə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan əvvəllər məhkum olunmuş Ələkbər Məmmədəliyev və 58 yaşlı Nemət Abdullayev saxlanılıblar.

Ə.Məmmədəliyevin Padar, N.Abdullayevin isə Xaçmaz kəndindəki meşə zolağında əkdikləri çətənə kolları, gübrə və digər qulluq vasitələri polis əməkdaşları tərəfindən aşkar edilib.

Saxlanılan şəxslər narkotik tərkibli bitkilərə aqrotexniki qulluq göstərdiklərini bildiriblər.

Keçirilən digər tədbirlərlə rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən daha altı nəfər saxlanılıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.
AzVision.az



Teqlər: Oğuz  





Xəbər lenti