Sloveniya ilə Danimarka heç-heçə etdi

 Sloveniya ilə Danimarka heç-heçə etdi
  16 İyun 2024    Oxunub:1460
Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında növbəti oyun keçirilib.
AzVision.az xəbər verir ki, C qrupunda Sloveniya və Danimarka yığmaları üz-üzə gəlib. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Hesabı 17-ci dəqiqədə Danimarkanın heyətində Kristian Eriksen açıb. Sloveniyanın topunu isə 77-ci dəqiqədə Erik Yanza vurub.

C qrupunun ikinci oyunu İngiltərə və Serbiya arasında olacaq. Görüş 23:00-da başlayacaq.

Qeyd edək ki, Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti