Finlandiya quş qripinə qarşı vaksin alır

   Finlandiya quş qripinə qarşı vaksin alır
  15 İyun 2024    Oxunub:1540
Avropa Səhiyyə Təşkilatı (Hera) Böyük Britaniyanın “CSL Seqirus” şirkəti ilə hazırda dünyanın bəzi yerlərində yayılan quş qripinə qarşı 665 min doza peyvəndin alınmasına dair müqavilə imzalayıb
AzVision.az xəbər verir ki, Avropa Səhiyyə Təşkilatı (Hera) Böyük Britaniyanın “CSL Seqirus” şirkəti ilə hazırda dünyanın bəzi yerlərində yayılan quş qripinə qarşı 665 min doza peyvəndin alınmasına dair müqavilə imzalayıb.

AZƏRTAC xəbər verir ki, dörd il müddətinə nəzərdə tutulan razılaşmaya əsasən, 15 ölkə əlavə olaraq 40 milyon doza peyvənd ala biləcək. “CSL Seqirus” artıq bir neçə ölkəyə tədarük hazırlayır. Bunlardan birincisi vaksini kənd təsərrüfatı işçilərinə təklif etməyi planlaşdıran Finlandiya olacaq.

“Quş qripinin ictimaiyyət üçün təhlükəsi az olsa da, biz fermerlər və baytarlar kimi ən çox risk altında olanları qorumalıyıq”, -deyə Aİ komissarı Stella Kiriakides öz hesabatında bildirib.

Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzinin (ECDC) məlumatına görə, iyunun əvvəlində Avropada insanlar və ev heyvanları arasında quş qripinin aktiv epidemiyası qeydə alınmayıb.

Ən çox quş qripi virusuna yoluxma halı son aylarda bir neçə süd fermasında inəklərin yoluxduğu Şimali Amerikada qeydə alınıb. Ən azı üç nəfər xəstə heyvanlarla təmasdan sonra virusa yoluxub ki, bu da quş qripinin inəklərdən insanlara ötürüldüyü ilk haldır. Virusun insandan insana keçməsi halları hələ aşkarlanmayıb.

AzVision.az



Teqlər:





Xəbər lenti