Türkiyədə amfibiya təyyarə qəzaya uğrayıb

   Türkiyədə amfibiya təyyarə qəzaya uğrayıb
  14 İyun 2024    Oxunub:812
Türkiyənin cənub-qərbindəki Aydın vilayətinin Didim bölgəsində meşə yanğınları ilə mübarizə aparmaq üçün istifadə edilən C-215 amfibiya təyyarəsi Bafa gölü ərazisində qəzaya uğrayıb
AzVision.az xəbər verir ki, bu barədə Türkiyənin kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı sosial şəbəkə hesabında yazıb.

Nazir qeyd edib ki, qəza anında təyyarədə olan hər üç mütəxəssis xilas olunub. Qəzanın səbəbləri araşdırılır.

AzVision.az



Teqlər:





Xəbər lenti