"Qarabağ" Musa Qurbanlını yenidən heyətinə cəlb edib

"Qarabağ" Musa Qurbanlını yenidən heyətinə cəlb edib
  14 İyun 2024    Oxunub:929
"Qarabağ" komandası yeni mövsüm üçün ikinci transferini reallaşdırıb.
Klubun mətbuat xidmətindən AzVision.az -a verilən məlumata görə, hücumçu Musa Qurbanlı heyətə cəlb olunub.

22 yaşlı forvardla üç illik müqavilə imzalanıb. İsveçin “Yurqorden” klubundan transfer olunan futbolçu 2027-ci ilin yayına qədər komandada çıxış edəcək.

Qurbanlı peşəkar karyerasına “Qarabağ”da başlayıb. O, 2019-2020-ci illərdə "köhlən atlar"ın formasını geyinib. Oyunçu 2021-ci ilin ilk yarısında icarə əsasında “Zirə”də çıxış edib. 2021-ci ilin iyunundan "Qarabağ"ın uğurları üçün çalışan Musa 2023-cü ilin yayında Ağdam təmsilçisindən İsveç klubuna transfer edilib.

Qeyd edək ki, Musa Qurbanlı Azərbaycan milli komandasında 14 oyunda 3 qol vurub.

AzVision.az


Teqlər:





Xəbər lenti