Erməni əsgərin güllələnmiş meyiti tapıldı

   Erməni əsgərin güllələnmiş meyiti tapıldı
  14 İyun 2024    Oxunub:594
Ermənistanda hərbi hissələrin birində müqaviləli hərbçinin meyiti tapılıb.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, iyunun 14-də saat 08:20-də hərbi hissələrdən birinin mühafizə olunan ərazisində müqaviləli əsgər Armen Qasparyanın güllə yarası ilə meyiti aşkar edilib.

Əsgərin ölümünün hansı şəraitdə baş verdiyi araşdırılır.

Həmidə İbrahimova

AzVision.az



Teqlər:





Xəbər lenti