Şolts: Almaniya Ukraynaya üçüncü “Patriot” HHM sistemini göndərəcək

   Şolts: Almaniya Ukraynaya üçüncü “Patriot” HHM sistemini göndərəcək
  11 İyun 2024    Oxunub:943
Almaniya yaxın aylarda kritik infrastrukturun qorunması üçün Ukraynaya hava hücumundan müdafiə sistemi, raket və döyüş sursatı verəcək
AzVision.az xəbər verir ki, bu barədə Berlində Almaniya kansleri Olaf Şolts Ukraynanın bərpası üzrə konfransda bildirib.

O deyib: “Biz Ukraynaya üçüncü “Patriot” hava hücumundan müdafiə sistemi, “IRIS-T”, “Gepard” qurğuları, raketlər və döyüş sursatları tədarük edəcəyik. Bunların hamısı yaxın aylarda və həftələrdə Ukraynaya göndəriləcək”.

Şolts qeyd edib ki, Almaniya Kiyevin şəhərlərinin və kritik infrastrukturun Rusiya hücumlarından müdafiəsini gücləndirmək üçün daha çox hava hücumundan müdafiə sistemləri, raketlər və döyüş sursatları göndərir.

Siyasətçi açılış nitqində yenidənqurma tədbirlərində özəl kapitalın əhəmiyyətini qeyd edərək, bunun da iqtisadi cəhətdən əsaslandırılmalı olduğunu vurğulayıb.

“Erkən mərhələdə iştirak edənlər, indi Ukrayna ilə iqtisadi əlaqələrini inkişaf etdirənlər və genişləndirənlər üstünlük əldə edəcəklər”, -deyə o qeyd edib.

AzVision.az



Teqlər: Almaniya   HHM   Ukrayna  





Xəbər lenti