İtkin düşən əsgərimizin nəşi tapıldı - Yenilənib

   İtkin düşən əsgərimizin nəşi tapıldı -  Yenilənib
  11 İyun 2024    Oxunub:1426
İyunun 9-da naməlum şəraitdə itkin düşmüş Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Hüseynov Ceyhun Tofiq oğlunun nəşi bu gün səhər saatlarında Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində aşkar edilərək şəxsiyyəti müəyyən edilib.
AzVision.az xəbər verir ki, bu haqda Müdafiə Nazirliyi məlumat yayıb.

Hazırda faktla bağlı araşdırma aparılır.
***
Azərbaycan Hərbi Prokurorluğu əsgər Hüseynov Ceyhun Tofiq oğlunun ölümü ilə bağlı məlumat yayıb.

Bildirilib ki, fakt əsasında Naxçıvan Hərbi Prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib:

“İş çün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, eləcə də izahatlar alınıb və digər hərəkətlər icra edilib. Fakt üzrə Naxçıvan hərbi prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib. Müvafiq ekspertizalar təyin edilərək icraya yönəldilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq”.

AzVision.az


Teqlər:





Xəbər lenti