Rusiyada nüvə qüvvələrinin təlimlərinin ikinci mərhələsi başlayıb - VIDEO

Rusiyada nüvə qüvvələrinin təlimlərinin ikinci mərhələsi başlayıb    - VIDEO
  11 İyun 2024    Oxunub:531
Rusiya Müdafiə Nazirliyi qeyri-strateji nüvə qüvvələrinin təlimlərinin ikinci mərhələsinin başlandığını elan edib.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Qeyd edilir ki, Rusiya və Belarus hərbçiləri ittifaqın suverenliyini qorumaq üçün qeyri-strateji nüvə silahlarından istifadəni işləyəcəklər.

Birinci mərhələdə “İsgəndər” operativ-taktiki raket kompleksləri və “Kinjal” aeroballistik hipersəs raketlərindən istifadə edilib.

Bundan əvvəl Rusiya və Belarus prezidentləri Vladimir Putinlə Aleksandr Lukaşenko birgə nüvə təlimlərinin əsas məqsədinin iki ölkənin təhlükəsizliyini təmin etmək olduğunu bəyan etmişdilər.

Rusiya Müdafiə Nazirliyi isə təlimlərin Qərbin Rusiyaya qarşı təxribat xarakterli bəyanatlarına və təhdidlərinə cavab olduğunu vurğulayıb. Manevrlərin məqsədi döyüş tapşırıqlarını yerinə yetirmək üçün hazırlığı artırmaqdır.


Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya   Nüvə  





Xəbər lenti