Ərdoğan İspaniyaya gedəcək

   Ərdoğan İspaniyaya gedəcək
  10 İyun 2024    Oxunub:771
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 12-də İspaniyanın paytaxtı Madridə yollanacaq.
AzVision.az xəbər verir ki, o, Türkiyə-İspaniya 8-ci Hökumətlərarası Sammitinə, habelə İspaniya-Türkiyə Biznes Forumuna qoşulacaq.

Ərdoğan sammit çərçivəsində ispan həmkarı Pedro Sançeslə görüş keçirəcək.

Tərəflər maliyyə, yaşıl enerjiyə keçid, infrastruktur və nəqliyyat sahələrində əməkdaşlığın inkişafı ilə bağlı fikir mübadiləsi aparacaqlar.

Firudin Həmidli
AzVision.az


Teqlər: Türkiyə   İspaniya   prezident   görüş   sammit  





Xəbər lenti