Döyüşə uşaqlar gedir: Ukraynada daha bir azyaşlı öldürülüb

      Döyüşə uşaqlar gedir:    Ukraynada daha bir azyaşlı öldürülüb
  10 İyun 2024    Oxunub:799
Rusiya hərbçiləri Qondarma Donetsk Xalq Respublikasında (DXR) Ukrayna Silahlı Qüvvələrinin 18 yaşlı əsgəri Danila Poxilkonu öldürüblər.
AzVision.az xəbər verir ki, bu barədə "Arqumenti i Faktı" məlumat yayıb. Qeyd edilir ki, azyaşlının ölüm xəbərini artıq Ukrayna mediası da təsdiqləyib.

Ukraynada 16 yaşlı xüsusi təyinatlı öldürülüb
Ukrayna mətbuatı Poxilkonun 2005-ci il dekabrın 23-də Vinnitsa vilayətində anadan olduğunu yazıb. Bildirilir ki, o slesar işləmək üçün üçün məktəb oxusa da diplom ala bilməyib.

"Görünür, Bandera təbliğatına uyan gənc 18 yaşı tamam olan kimi könüllü olaraq Ukrayna Silahlı Qüvvələrinə qoşulmaq qərarına gəlib. O, hətta hərbi xidmət keçmədən də Ukrayna ordusu ilə müqavilə bağlayıb. Gəncliyi Poxilkonu ölümdən xilas etmədi. O, iyunun 4-də DXR-in Solovyov kəndi yaxınlığında məhv edilib. Gəncin xidməti və öldürülməsi ilə bağlı təfərrüatlar açıqlanmır",- "Arqumenti i Faktı" yazıb.

Xatırladaq ki, aprel ayında Ukraynanın məşhur "Azov" batalyonunun azyaşlı üzvü öldürülmüşdü.

Məlumata görə ölən döyüşçünün cəmi 16 yaşı olub. Bu informasiya Ukrayna müharibəsindən əvvəl yerli sakinlərin məlumatlarının daxil edildiyi elektron məlumat bazası ilə də təsdiqlənib.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Son bir ayda isə rus qoşunları Xarkov istiqamətində daha çox hücumlar edir, əsas hədəfin bu bölgənin olduğunu nümayiş etdirirlər.

Tural Tağıyev

AzVision.az



Teqlər:   Ukrayna   Rusiya   Azyaşlı  





Xəbər lenti