İstanbulda xarici şirkət sahibləri saxlanılıb

   İstanbulda xarici şirkət sahibləri saxlanılıb
  09 İyun 2024    Oxunub:986
İstanbulun 7 rayonunda İŞİD terror təşkilatına qarşı əməliyyat keçirilib. Əməliyyat zamanı terror təşkilatının pul axınını idarə edən xarici şirkətlərin sahibləri də daxil olmaqla 11 şübhəli saxlanılıb. Bəzi şirkətlərin fəaliyyəti və aktivləri dondurulub.
Terror təşkilatına külli miqdarda pul köçürən şəxs və təşkilatlar müəyyən edildikdən sonra polis hərəkətə keçib.

Şübhəlilərin evlərində və ofislərində aparılan axtarışlar zamanı çoxlu sayda rəqəmsal material və sənədlər, 4 odlu silah, külli miqdarda döyüş sursatı, 13 kriptovalyuta pul kisəsi, 100 qram qızıl, 130 kiloqram gümüş və xeyli miqdarda xarici valyuta aşkar edilib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti