Türkiyədə casusluqla bağlı cinayət əməllərinin siyahısı genişləndirilir

   Türkiyədə casusluqla bağlı cinayət əməllərinin siyahısı genişləndirilir
  08 İyun 2024    Oxunub:1030
Türkiyədə casusluqla bağlı Cinayət Məcəlləsinin (CM) müddəalarına daxil olan cinayət əməllərinin siyahısını genişləndirmək planlaşdırılır.
AzVision.az xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinə (TBMM) təqdim ediləcək yeni qanun layihəsinə əsasən, dövlət sirrinin açıqlanmasına və casusluğa görə cəza nəzərdə tutan Cinayət Məcəlləsinə “Dövlətin təhlükəsizliyinə və ya siyasi maraqlarına zərbə vuran cinayətlər haqqında” maddəsinin əlavə edilməsi təklif olunur.

Yeni bəndə əsasən, xarici dövlətlərin və ya ayrı-ayrı xarici strukturların strateji planlarına uyğun gələn, Türkiyənin təhlükəsizlik və ya daxili və xarici siyasi məqsədlərinə zidd olan hər hansı hərəkətlər üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Əgər bu cinayət əməli müharibə zamanı və ya müharibəyə hazırlıq dövründə törədilibsə, ordunun hərəkətlərinə və hərbi əməliyyatların səmərəliliyinə xələl gətirə bilərsə, həbs-qətimkan tədbiri 8 ildən 12 ilədək müddətə uzadıla bilər.

Üstəlik, casusluq hədəfinin dövlətin milli təhlükəsizliyi baxımından əhəmiyyətindən asılı olaraq, həbs müddətinin iki dəfə artırılması da mümkündür.

Yeni qanun layihəsinə, digərləri ilə yanaşı, gələn həftə Türkiyə parlamentində ölkə qanunvericiliyinə edilən 9-cu dəyişikliklər paketinin bir hissəsi kimi baxılacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti