Berbok Putinlə bağlı bəyanatla çıxış etdi

   Berbok Putinlə bağlı bəyanatla çıxış etdi
  08 İyun 2024    Oxunub:1238
Ukraynada sülhün bərqərar olub-olmaması Rusiya Federasiyasının prezidenti Vladimir Putindən asılıdır.
AzVision.az xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok "Welt" nəşrinə bildirib.

"Sonda sülhün bərqərar olub-olmayacağı tamamilə Vladimir Putindən asılıdır”, — o deyib.

Diplomat həmçinin qeyd edib ki, Almaniya Ukraynaya dəstəyini lazım olduğu müddətcə davam etdirəcək.

Bundan əvvəl Berbok Putini Ukraynada vəziyyətin sülh yolu ilə həlli barədə dialoq aparmaq istəməməkdə ittiham etmişdi.

7 iyun tarixində Rusiya prezidenti Moskvanın Kiyevlə danışıqlara hazır olduğunu bir daha bəyan edib. Bununla belə, RF lideri vurğulayıb ki, Rusiya Federasiyası bu danışıqlara "hansısa uydurmalar əsasında deyil”, yalnız Minsk və İstanbulda tərəflərin razılaşdığı şərtlər əsasında başlamağa hazırdır.

AzVision.az




Teqlər:





Xəbər lenti