Muxtar Babayev : Azərbaycan COP29-a ciddi şəkildə hazırlaşır

   Muxtar Babayev   :    Azərbaycan COP29-a ciddi şəkildə hazırlaşır
  07 İyun 2024    Oxunub:1308
“Azərbaycan COP29-a ciddi şəkildə hazırlaşır və bu gün Bonnda müvafiq sənədlərin imzalanması həyata keçirildi. Ölkə üzrə yaxın gələcəkdə böyük müqavilənin də bağlanması gözlənilir. Hazırda Azərbaycan tərəfi tədbir yerinin hazırlanması, iştirakçıların yerləşdirilməsi, təhlükəsizlik, protokol və s. olmaqla kompleks məsələlər üzərində böyük komanda ilə iş aparılır. Bu istiqamətdə böyük siyasi dəstək də mövcuddur”.
AzVision.az xəbər verir ki, bu fikirləri COP29-un müəyyən olunmuş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan mediası üçün açıqlamasında deyib.

M.Babayev bildirib ki, BMT-nin İqlim Dəyişikliyi Konfransı COP29-a gedən yolda çox önəmli bir hadisədir. Hər gün burada keçirilən onlarla görüş və toplantılar, müxtəlif komitələrdə aparılan iclaslar, plenar sessiyalarda iştirak və çıxışlarda Azərbaycanın COP29-a hazırlığı və danışıqlar prosesində mövqeyi təqdim olunur, eləcə də hüquqi və texniki xarakterli bir çox suallara cavab axtarılır.

Qeyd edilib ki, Bonn konfransında danışıqlar prosesində yaxından iştirak Azərbaycan nümayəndə heyətlərinin öz səriştəsini göstərmək üçün yaxşı imkandır. Çünki konfransda ciddi danışıqlar prosesi gedir, bu prosesə peşəkar ekspertlər cəlb olunub. Qarşıda danışıqlar prosesi üçün bir neçə aylıq müddət var, bütün bu toplanan təcrübə Azərbaycan tərəfinə imkan verəcəkdir ki, COP29-da danışıqlar prosesini uğurla həyata keçirə bilsin.

AzVision.az



Teqlər:





Xəbər lenti