Ərsin Tatar İlham Əliyevə təşəkkür etdi
“Prezident İlham Əliyevin Azərbaycanın Şimali Kipr Türk Cümhuriyyətinin ən yaxın zamanda TDT-nin üzvlüyünə keçməsini dəstəklədiyini, Türk dünyasının bir parçası olması baxımından bunun təbii hal olduğunu, eləcə də bu ölkədə yaşayan türkləri qardaş kimi qəbul etməsi Şimali Kipr türk xalqı üçün olduqca vacib və dəyərlidir”, - Ə.Tatar vurğulayıb.
Dövlətimizin başçısının Şərqi Aralıq dənizindəki türk dövləti - Şimali Kiprin hər sahədə türk dünyasının ayrılmaz bir parçası olduğuna dair ifadələrini dilə gətirən Ərsin Tatar xalqı adından Azərbaycan Prezidentinə təşəkkürünü ifadə edib:
“Azərbaycan və Şimali Kipr qardaşlığı eyni millətin nümayəndələri olaraq əbədi yaşayacaq. Qardaşlığımız Lefkoşadan Bakıya qədər əbədi olacaq”.
AzVision.az
Teqlər: