Bahar Muradova Oğuzda vətəndaşlarla görüşdü
Görüşdən əvvəl Ümummilli Lider Heydər Əliyevin xatirəsi yad edilib, abidəsi önünə gül dəstələri qoyulub.
Dövlət Komitəsinin aparat və aidiyyəti struktur bölmə rəhbərlərinin də iştirak etdikləri görüşdə ailənin sosial müdafiəsi, uşaqla ünsiyyət, işlə təmin olunma və digər məsələlərlə bağlı vətəndaş müraciətlərinə baxılıb.
Komitənin səlahiyyət dairəsinə aid müraciətlər dinlənilib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Həlli araşdırma tələb edən müraciətlər qeydə alınaraq icraata götürülüb.
AzVision.az
Teqlər: