Ben-Qvir: "Livanı ələ keçirin!"

   Ben-Qvir:    "Livanı ələ keçirin!"
  06 İyun 2024    Oxunub:891
İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir hökuməti Livanda fəaliyyət göstərən "Hizbullah" terror təşkilatına qarşı müharibəyə və bütövlükdə Livanın işğalına çağırıb.
AzVision.az xəbər verir ki, o bu barədə "Maariv" qəzetinə açıqlamasında bildirib.

O, "Hizbullah"a qarşı hücum əməliyyatlarının qətiliklə davamının vacibliyini vurğulayaraq:

"Doğrudur, əsir götürülmüş vətəndaşlarımızı qaytarmaq istəyirik, lakin bu məsələyə dair razılaşma qeyri-qanunidir və ağ bayraq qaldırmaqla müharibəni dayandırır", - deyib.

Xatırladaq ki, ötən gündən etibarən İsrail və "Hizbullah"ın timsalında Livan arasında geniş toqquşmalar başlayıb. İsrailin Baş naziri Benyamin Netanyahu və Baş Qərargah rəisi Herzi Halevi sözügedən terror təşkilatına qarşı böyük əməliyyat hazırlandığını diqqətə çatdırıblar.
Qants: "Yeni müharibə qaçılmazdır" - FOTO

Eyni zamanda, ölkənin hərbi kabinetinin üzvü, ordu generalı Beni Qants da bu gün Livanla sərhədyanı şəhərlərə səfəri zamanı Livana qarşı müharibə ehtimalını dilə gətirib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İsrail   Livan   Hizbullah  





Xəbər lenti