Ruslar Ermənistandakı qarabağlı uşaqlar üçün yeni layihə keçirirlər

Ruslar Ermənistandakı qarabağlı uşaqlar üçün yeni layihə keçirirlər
  06 İyun 2024    Oxunub:864
İyunun 7-də Ermənistanın Hankavan bölgəsindəki "Lusabaç" uşaq düşərgəsində Qarabağdan gəlmiş köçkün ailələrinin uşaqları üçün ilk yay məktəbinin təntənəli açılışı olacaq.
AzVision.az xəbər verir ki, bu barədə Sputnik Ermənistan-da keçirilən mətbuat konfransında İrəvandakı Rus Evinin rus dilində layihələr və təhsil proqramları üzrə koordinatoru Aygül Şamsutdinova məlumat verib.

Şamsutdinova qeyd edib ki, iyunun 7-dən 27-dək Ermənistanın müxtəlif bölgələrindən 50 uşaq yay məktəbinə gedəcək. Onun sözlərinə görə, məktəb təkcə rus dilini təkmilləşdirmək üçün məkana deyil, həm də əla əyləncə platformasına çevriləcək.

"Bizdə klassik dərslər olmayacaq. Bunun əvəzinə pikniklər, rəqslər, mahnılar öyrənmək və daha çox şey nəzərdə tutulub", o, deyib

"Rusiya Humanitar Missiyası"nın təbliğat və xarici əlaqələr üzrə aparıcı mütəxəssisi Arseni Pronin isə deyib ki, uşaqlarla peşəkar müəllim və psixoloqlar işləyəcəklər..

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti