Erməni sərhədçi kilsədə minaya düşdü

   Erməni sərhədçi kilsədə minaya düşdü
  06 İyun 2024    Oxunub:680
Ermənistanda hərbçi minaya düşüb.
AzVision.az xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Osqan Sarkisyan məlumat yayıb. O qeyd edib ki, hadisə Voskeparda yerləşən kilsənin yaxınlığında baş verib.

"7-ci əsrə aid Surb Astvastatin kilsəsi ərazisində piyada əleyhinə minanın partlaması nəticəsində bir sərhədçi əsgər yaralanıb. Onun ayağı parçalanıb. Hərbçi əslən Aşotskdandır və 2000-ci il təvəllüdlüdür”, - araşdırmaçı jurnalist Facebook hesabında yazıb.

Bəzi saytlar sərhədçinin bir ayağını itirdiyini yazıblar. O, Noyamberyan Tibb Mərkəzinə yerləşdirilib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Mina   Sərhədçi  





Xəbər lenti