Sosial yardımın məbləği 5,1 faiz artıb

Sosial yardımın məbləği 5,1 faiz artıb
  06 İyun 2024    Oxunub:695
Bu ilin mayında orta hesabla bir ailəyə ödənilən ünvanlı dövlət sosial yardımının məbləği 5,1 faiz artıb.
Bu barədə AzVision.az -a Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən məlumat verilib.

Beləliklə, ötən ilin mayında orta hesabla bir ailəyə ödənilən ünvanlı dövlət sosial yardımının məbləği 453,1 manat idisə, bu ilin müvafiq dövründə həmin məbləğ artaraq 476,1 manat təşkil edib.

AzVision.az



Teqlər:





Xəbər lenti