Gürcüstanda daşqın təhlükəsi: Gömrükçülər təxliyə edildi

   Gürcüstanda daşqın təhlükəsi:    Gömrükçülər təxliyə edildi
  06 İyun 2024    Oxunub:604
Gürcüstan-Rusiya sərhədindəki Daryal keçid məntəqəsinin bütün əməkdaşları təcili təxliyə edilib. Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, səhər tezdən detektorlar Devdoraki çayında suyun səviyyəsində artım qeydə alıb. Əraziyə baxış keçirmək üçün məsul xidmətlərin əməkdaşları ilə sərhəd polisinin helikopteri havaya qalxıb. Eyni zamanda, profilaktik məqsədlə Qveleti kəndi yaxınlığındakı avtomobil yolu hər iki istiqamətdə bağlanıb.

Bundan əvvəl bildirilib ki, Gürcüstandan Rusiyaya gedən və əks istiqamətdə olan yol iyunun 6-dan bütün növ nəqliyyat vasitələri üçün bağlanıb. Mtsxeta-Stepantsminda-Lars beynəlxalq magistral yolunun Qudauri-Kobi hissəsində qar uçqunu səbəbindən səyahət qadağan edilib.

Hazırda 300-ə yaxın erməni yük maşını “Verxniy Lars” beynəlxalq keçid məntəqəsindən Rusiya istiqamətində, daha 300-ü isə Ermənistan istiqamətində Rusiya tərəfində gözləyir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti