Ukraynanın XİN müavini çinli həmkarı ilə görüşüb

   Ukraynanın XİN müavini çinli həmkarı ilə görüşüb
  05 İyun 2024    Oxunub:694
Ukraynanın xarici işlər nazirinin birinci müavini Andriy Sibiqa Pekinə səfəri çərçivəsində çinli həmkarı Sun Veydonla görüş keçirib.
AzVision.az xəbər verir ki, bu barədə Ukraynanın Xarici İşlər Nazirliyindən bildirilib.

Tərəfləro əməkdaşlığın daha da artırılması istiqamətində atılacaq addımlarla bağlı müzakirə aparıblar.

Sibiqa həmçinin iyunun sonunda Ukraynanın başçılığında keçiriləcək sülh sammitində Çinin d iştirakını gözlədiklərini bildirib və rəsmi Pekinin ədalətli və davamlı sülh naminə töhfə verə biləcəyini vurğulayıb.
Volodin: "Müharibənin həlli üzrə danışıqlarda Rusiyanın iştirakı şərtdir"

Hərçənd ötən gün Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Çinin sözügedən sammitə "ciddi yanaşmadığını" vurğulamışdı.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Ukrayna   Çin   Rusiya   sülh-sammiti  





Xəbər lenti