Vətəndaş itaətsizliyi aksiyalarına qatılan 3 erməni həbsə göndərildi

Vətəndaş itaətsizliyi aksiyalarına qatılan 3 erməni həbsə göndərildi
  05 İyun 2024    Oxunub:753
Ermənistanın Xarici İşlər Nazirliyinin binası qarşısında keçirilən etiraz aksiyasında saxlanılan beş iştirakçıdan üçü həbs edilib.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb. Bundan əvvəl isə İstintaq Komitəsi beş nəfərə qarşı cinayət təqibinin başlanması ilə bağlı məlumat yaymışdı.

İnqilabçı keşiş hərbi cani Serjiklə niyə görüşüb?
"Bu gün komitədən bildirilib ki, saxlanılan 4 nəfərin həbsi üçün məhkəməyə vəsatət göndərilib. Məhkəmə onlardan 3-ü barəsində həbs qətimkan tədbiri seçib, dördüncü şəxs ev dustaqlığına buraxılıb", - "Sputnik Armeniya" yazıb.

Qeyd edək ki, aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə Qazaxın 4 kəndinin (Aşağı Əskipara, Xeyrımlı, Bağanıs Ayrım, Qızılhacılı) Azərbaycana qaytarılması barədə razılıq əldə edilib. Delimitasiyanın reallaşmasından sonra ölkədə revanşistlər baş qaldırıblar. Onlar sərhədlərin dəqiqləşdirilməsinə, tarixi kəndlərimizin geri qaytarılmasına qarşı çıxırlar. Tavuş bölgəsinin arxiyepiskopu Baqrat Srbazan yaranmış fürsətdən istifadə edərək “Vətən uğrunda Tavuş” hərəkatı yaradıb, radikalların mitinqlərinə rəhbərlik edir. Baqrat bir qədər də irəli gedərək baş nazirin istefasını tələb edir.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan  





Xəbər lenti