Ermənistan sülh sazişi ilə bağlı növbəti layihəni təqdim edib

   Ermənistan sülh sazişi ilə bağlı növbəti layihəni təqdim edib
  05 İyun 2024    Oxunub:744
Normallaşma prosesinin digər elementləri arasında Ermənistan-Azərbaycan dövlət sərhədinin bir hissəsinin delimitasiya və demarkasiyasının baş verməsidir.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov macarıstanlı həmkarı Peter Siyarto ilə keçirdiyi mətbuat konfransında deyib. Nazir qeyd edib ki, Azərbaycan sülh prosesinə sadiqdir:

“Bir neçə gün bundan öncə Ermənistan tərəfindən sülhlə bağlı növbəti layihəni almışıq. Onu qeyd edə bilərəm ki, orada sülh sazişi layihəsi üzrə açıq qalan məsələlərin sayında azalma mövcuddur. Bir sıra maddələr üzrə pozitiv inkişaf müşahidə edilməkdədir.Biz tərəfimizdən növbəti lazımi addımları atmağa hazırıq”.

AzVision.az


Teqlər:





Xəbər lenti