Ermənistanın müdafiə naziri Bolqarıstana səfərə gedib

Ermənistanın müdafiə naziri Bolqarıstana səfərə gedib
  05 İyun 2024    Oxunub:972
Suren Papikyanın rəhbərlik etdiyi Ermənistan Müdafiə Nazirliyinin nümayəndə heyəti çərşənbə günü Bolqarıstana işgüzar səfərə gedib.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Mətbuat xidməti səfərin təfərrüatlarını açıqlamayıb.

Qeyd edək ki, Suren Papikyanın sonuncu səfəri Belçikaya olmuşdu. O, işgüzar səfər zamanı Baş nazirin müavini Devid Klarinval ilə görüşüb. Nazirin xüsusilə silah və hərbi texnika istehsalı, təmiri və modernləşdirilməsi ilə məşğul olan “John Cockerill” şirkətinin mərkəzi ofisində olması diqqət çəkmişdi. Papikyan Avropa İttifaqının Hərbi Komitəsinin sədri general Robert Briger ilə də görüş keçirib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan  





Xəbər lenti