“Səbail” kapitanı ilə yolları ayırdı

   “Səbail” kapitanı ilə yolları ayırdı
  04 İyun 2024    Oxunub:997
“Səbail” futbolçusu Ağabala Ramazanovla yollarını ayırıb
AzVision.az QOL.az-a istinadən xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, kapitanla müqavilənin müddəti başa çatıb. “Səbail“ futbolçusuna bu günə kimi kluba göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında ona uğurlar arzulayıb.

Ramazanov karyerası ərzində 2 dəfə - 2018-2020 və 2022-2024-cü illər mövsümündə “dənizçilər”in formasını geyinib, ümumilikdə 80 oyuna çıxıb. O, bu matçlarda 20 qol vurub, 8 məhsuldar ötürmə edib.

Həmçinin “Səbail” futbolçusu Samir Abdullayevlə müqaviləsini uzadıb.

Yarımmüdafiəçi ilə sözləşmə 1 illikdir. O, ötən mövsüm komandanın heyətində Misli Premyer Liqasında 22, Azərbaycan Kubokunda 4 oyuna çıxıb. Oyunçu bu görüşlərdə 2 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib. Azərbaycan U-21 milli komandasının üzvü 2022-ci ildən “dənizçilər”in formasını geyinir.

AzVision.az





Teqlər: Səbail   kapitan  





Xəbər lenti