İranda prezident olmaq istəyən 4 qadın kimdir?

  İranda prezident olmaq istəyən  4 qadın kimdir?
  04 İyun 2024    Oxunub:1267
Namizədliyini irəli sürən qadınlardan kimin təsdiqlənəcəyi yaxın günlərdə məlum olacaq.
AzVision.az İRNA-ya istinadən xəbər verir ki, namizədliyini irəli sürən qadınların adları açıqlanıb: Zöhrə Elahian, Həmidə Zərabadi, Həcər Çenarani və Rafat Bayat.

Onların hamısı İran parlamentinin keçmiş deputatlarıdır.

56 yaşlı Zöhrə Elahian ixtisasca həkimdir və hazırda İran Tibb Elmləri Akademiyasında işləyir.

45 yaşlı Həmidə Zərabadi islahatçı qanadı təmsil edir. Namizədliyinin irəli sürülməsi qeydə alındıqdan sonra keçirdiyi mətbuat konfransında o, xarici siyasətdə deeskalasiyanın tərəfdarı olduğunu deyib. Zərabadi nə vaxtsa iranlıların qadın prezident seçəcəklərinə ümid etdiyini bildirib.

Həcər Çenaraninin də 45 yaşı var və parlamentin deputatı olub. Milli təhlükəsizlik və xarici siyasət komissiyasında çalışıb. Onun atası İran-İraq müharibəsində (1980-88) həlak olub. Həcər Çenarani parlamentari kimi işləyərkən İranda qadınların məcburi hicab taxması qaydalarını sərtləşdirmək üçün qanunların qəbul edilməsinin tərəfdarı olub.

Rafat Bayatın 66 yaşı var, təhsili sosioloqdur. 2005 və 2009-cu illərdə prezident seçkilərində namizədliyini irəli sürsə də, Konstitusiyanın Keşikçiləri Şurası onun namizədliyini təsdiq etməyib.

Qeyd edək ki, bu günə qədər heç bir iranlı qadın prezident seçkisi üçün namizədlərin yekun siyahısında yer almayıb.

Aygün Xankişiyeva
AzVision.az



Teqlər: İran   seçki  





Xəbər lenti