Azərbaycanın keçmiş DTK sədri vəfat etdi

   Azərbaycanın keçmiş DTK sədri vəfat etdi
  04 İyun 2024    Oxunub:930
Keçmiş Sovet Azərbaycanının siyasi xadimi, Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin katibi və 90-cı illərin sonu, 2000-ci illərin əvvəllərində Rusiyanın geosiyasi analitiki Vaqif Hüseynov vəfat edib
AzVision.az xəbər verir ki, o, 82 yaşında Rusiyada dünyasını dəyişib.

Qeyd edək ki, V.Hüseynov 1989-1991-ci illərdə Azərbaycan DTK-nın sədri, uzun müddət Kommunist Partiyasının Bakı şəhər üzrə birinci katibi, Azərbaycan SSRİ Olimpiya Komitəsinin sədri və digər vəzifələrdə çalışıb.

AzVision.az



Teqlər:





Xəbər lenti